Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" doğma meydanda "Legiya"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Renat da bu matçın iştirakçısı olmayıb. 26 yaşlı forvardın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
16 oyun keçirən "Motor" 20 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az