Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Dəkkə şəhərində "FIFA Tri Nations Women"s Football Series 2025" turniri çərçivəsində ikinci oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığması ilə üz-üzə gələcək.
Milli Stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Xatırladaq ki, futbolçularımız ilk görüşdə Malayziya millini məğlub ediblər (2:0).
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az