"Flamenqo" mövsümün başa çatmasına bir tur qalmış Braziliya çempionu olub.
Sportliqa.az xəbər verir ki, Rio de Janeyro təmsilçisi tarixində 8-ci titulunu qazanıb.
Komanda 37-ci turda "Seara" üzərində 1:0 hesablı qələbə əldə edib. Qalibiyyət topunu 37-ci dəqiqədə Samuel Lino vurub. Bununla da "qırmızı-qaralar" "Palmeyras" üçün əlçatmaz olub.
Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu Juninyo "Flamenqo"nun formasını geyinir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az