Neymar 3 il sonra het-trik etdi
"Santos"da çıxış edən Neymar Braziliya çempionatının 37-ci turunun "Yuventude" ilə matçında öz ustalığını bir daha göstərib.
Sportliqa.az xəbər verir ki, 33 yaşlı vinger het-trik edərək komandasına 3:0 hesablı qələbə qazandırıb.
Ulduz futbolçu hər üç qolu fasilədən sonra vurub. Braziliyalı oyunçu 56-cı, 65-ci və 73-cü dəqiqələrdə fərqlənib. Bu, Neymarın 2022-ci ilin aprelindən bəri ilk het-trikidir. Təcrübəli futbolçu həmin vaxt PSJ forması ilə "Klerfon"la qarşılaşmada üç qol vurmuşdu.
Neymar hazırda davam edən Braziliya çempionatında 19 matçda 8 qol vurub.