Şəhriyar Əsgərov: "Qələbələrin davamını gətirmək istəyirik"
"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "Sumqayıt"(107:90) üzərindəki qələbədən sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Qalib gəldiyimiz üçün şadam. Yaxşı hazırlaşmışdıq. Amma çox çətin oyun oldu, heç də asan deyildi. Çünki ikinci hissədə oyunçularımız kollektiv oyundan bir qədər düşdülər və fərdi oyuna üstünlük verdilər. Hər halda, yenə də, toparlandıq və qalib gələ bildik. Kollektiv oyundur, heç bir basketbolçumuzu digərindən fərqləndirmək istəmirəm. Meydançada çox böyük vaxt keçirdilər. Arzu edərdim ki, digər yerli oyunçularımız da ustalıq səviyyəsini yüksəltsin, heç olmasa imkan onların da xidmətlərindən 10-15 dəqiqə istifadə edək. Ancaq təəssüf ki, bençdə oturan oyunçuların bir çoxununun ustalıq səviyyəsi buna imkan vermir. Ümumilikdə komanda oyunu göstərdik. "Sərhədçi" ilə oyunda olduğu kimi, oyunçularımızın oyundan qopmasına imkan vermədik. Sonda da qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm ki, dəstək oldular. Qələbələrin davamını gətirmək istəyirik".