"Fənərbaxça" qapıçı İrfan Can Eyribayat ilə yollarını ayırmağı planlaşdırır.
Sportliqa.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Baş məşqçi Domeniko Tedesko 27 yaşlı qolkiperi komandada görmək istəmir. İstanbul təmsilçisi yavnar ayında təcrübəli "əlcək sahibi" üçün gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, İrfan Can Eyribayat bu mövsüm "Fənərbaxça"nın heyətində 6 oyunda meydana çıxıb
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.