Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.
Sportliqa.az xəbər verir ki, komandamız Rafiq Hüseynovun rəhbərliyi ilə 4 medal qazanıb.
67 kq çəki dərəcəsində yarışan Malik Həsənov bütün rəqiblərini məğlub edərək qızıl mükafata yiyələnib.
Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə yarışı bürünc medalla başa vurublar.
Dünya Kubokunda 15 ölkənin təmsilçiləri mübarizə aparıblar.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.