Salahı transfer etmək üçün ərəblər mübarizə aparır
Səudiyyə Ərəbistanının “Əl-İttihad” və “Əl-Hilal” klubları qışda Məhəmməd Salahı transfer etmək üçün aktiv mübarizə aparır.
Sportliqa.az xəbər verir ki, ərəblər 33 yaşlı cinah hücumçusuna görə “Liverpul”a 80-100 milyon avro arasında təklif irəli sürməyə hazırdır.
Misirli futbolçuya MLS klubları da maraq göstərir. Lakin onların imkanları Yaxın Şərqdən gələn maliyyə təklifləri ilə müqayisədə xeyli zəifdir.
Salah ətrafında vəziyyət onun baş məşqçi Arne Slotla münasibətlərinin pisləşdiyini və komandanın hazırkı problemlərinə görə məhz özünün günahkar göstərildiyini hiss etdiyini bildirməsindən sonra daha da gərginləşib.