Rodriqo Bekan İtaliyaya qayıdır
"Fənərbaxça"nın müdafiəçisi Rodriqo Bekan İtaliyaya qayıda bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Parma" braziliyalı futbolçunu transfer etmək istəyir. İstanbul klubu Bekanı 5 milyon avroya satmağa hazırdır. 29 yaşlı mərkəz müdafiəçisinin yanvar ayında A Seriyası təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Rodriqo Bekanı 2023-cü ilin yayında "Udineze"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində 1 oyunda 6 dəqiqə meydanda olub.