FİBA Çempionlar Lqiasında təmsilçimiz "Sabah" basketbol klubu bu gün turnirin əsas liqasında sonuncu ev oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 5-ci tur çərçivəsində Bakıda Çexiyanın "Nimburk" komandası ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Xatırladaq ki, geridə qalan 4 görüşün hamısında məğlub olan təmsilçimiz 4 xalla B qrupunun sonuncu pilləsində qərarlaşıb.
"Sabah"ın qrupda sonuncu dueli dekabrın 16-da Almaniyada "Alba Berlin"ə qarşı olacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.