"Liverpul" Vilfred Sinqo üçün 45 milyon avro təklif etdi
"Qalatasaray"ın müdafiəçisi Vilfred Sinqo Karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Fotomaç" məlumat yayıb.
"Liverpul" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Artıq klublar arasında ilkin danışıqlar başlayıb. Premyer Liqa nəhəngi Sinqo üçün 45 milyon avroluq təklif göndərib. Türkiyə isə 24 yaşlı sağ cinah müdafiəçisinə 60 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Vilfred Sinqo bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 10 oyunda 1 qol ötürməsi edib. Onun "sarı-qırmızılar"la müqaviləsi 2030-cu ilin yayına kimidir.