"AZ Alkmar"ın hücumçusu Troy Perrott İngiltərəyə qayıda bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Tottenhem" sabiq futbolçusunu qaytarmaq istəyir. London klubu irlandiyalı forvard üçün Niderland təmsilçisinə 35 milyon avro ödəməyə hazırdır. Uğurlu mövsüm keçirən 23 yaşlı forvard Premyer Liqaya qayıtmağa isti yanaşır.
Qeyd edək ki, Tro Perrott bu mövsüm "AZ Alkmar"ın heyətində keçirdiyi 19 oyunda 15 qol vurub, 3 qol ötürməsi edib. O, 2017-2024-cü illərdə "Tottenhem"ə məxsus olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az