Xoakin Paniçelli "Aston Villa"nın hədəfində
"Strasbur"un hücumçusu Xoakin Paniçelli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
"Aston Villa" argentinalı hücumçunu transfer etmək istəyir. Birmingem təmsilçisi 23 yaşlı forvard üçün Fransa klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Xoakin Paniçelli bu mövsüm "Strasbur"un heyətində keçirdiyi 19 oyunda 10 qol vurub.