Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.
Sportliqa.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.
Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
11 noyabr 2026-cı il
Almaniya – Azərbaycan
14 noyabr
Şimali İrlandiya – Azərbaycan
17 noyabr
Litva – Azərbaycan
Qeyd: Qrupun oyunları Almaniyada keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.