Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatına start verilib.
Sportliqa.az xəbər verir ki, 29 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 1 idmançısı mərhələ adlayıb.
Əli Abaslı (52 kq) 1/16 finalda Qabriel Cuffarini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25). O, növbəti görüşündə ilk mərhələdən azad olan İoan-Serban Stoiça (Rumıniya) ilə qarşılaşacaq. Döyüş dekabrın 12-də olacaq.
Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az