"Fiorentina"nın hücumçusu Moyze Kin İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Fulhem" italiyalı forvardı transfer etmək istəyir. London təmsilçisi 25 yaşlı futbolçu üçün yaxın zamanda Florensiya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Moyze Kin bu mövsüm "Fiorentina"nın heyətində keçirdiyi 16 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib. İtaliya millisinin üzvü daha əvvəl İngiltərədə "Everton"un formasını geyinib
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.