Entso Mareska ən yaxşı seçildi
"Çelsi"nin baş məşqçisi Entso Mareska noyabr ayının yekunlarına əsasən İngiltərə Premyer Liqasının ən yaxşı çalışdırıcısı seçilib.
Sportliqa.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssis mükafat uğrunda mübarizədə Mikel Arteta ("Arsenal"), Unay Emeri ("Aston Villa"), Xosep Qvardiola ("Mançester Siti"), Fabian Hürtseler ("Brayton") və Marku Silva ("Fulhem") kimi rəqiblərini qabaqlayıb.
"Çelsi" ötən ay İngiltərə çempionatında 4 oyun keçirib və həmin matçlarda 3qələbə qazanıb, 1 heç-heçə edib.
15 turdan sonra "Çelsi"nin aktivində 25 xal var və komanda Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb