"Mançester Yunayted" Fernandeşi saxlamaq istəmir
"Mançester Yunayted"in 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandeşi satmaq düşüncəsi getdikcə artır. "Qırmızı şeytanlar" daha gənc oyunçular əldə etmək üçün portuqaliyalı milli oyunçunun transferində maraqlıdır.
Sportliqa.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, Mançester klubu Fernandeşi təxminən 70 milyon funt-sterlinqə (79,8 milyon avro) sata bilər. Səudiyyə Ərəbistanı klubları, xüsusən də "Əl-Hilal" və "Əl-İttihad" yarımmüdafiəçi ilə maraqlanmağa davam edir.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi 2020-ci ilin yanvar ayından bəri "Mançester Yunayted"də oynayır. Bu müddət ərzində Fernandeş bütün yarışlarda 306 oyunda meydana çıxıb, 102 qol vurub və 92 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.