"Milan" "Arsenal"ın hücumçusu Qabriel Jesusun transferini hədəfləyir. İtaliya klubu 28 yaşlı futbolçunu bu qış icarəyə götürmək istəyir.
Sportliqa.az xəbər verir ki, bu barədə "Corriere dello Sport"a məlumat yayıb.
Bildirilir ki, İtaliya klubu maliyyə çətinlikləri səbəbindən braziliyalı üçün daimi transferi nəzərdən keçirmirlər.
"Milan" isə oyunçunun ildə 16 milyon avro qazandığı London klubu ilə müqayisə edilə bilən maaş təklif etmək niyyətində deyil.
Qeyd edək ki, bu mövsüm Jesus bütün yarışlarda iki oyunda meydana çıxıb, lakin qol vura bilməyib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az