"Real" Kamavinqanı100 milyon avroya satmağa razıdır
"Real" 23 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqanı zədəyə meyilli olmağı səbəbindən satmağı düşünür. Madridlilər 100 milyon avroya yaxın təklifləri nəzərdən keçirməyə hazırdır.
Sportliqa.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Madrid klubu Kamavinqanın potensial satışından əldə etdiyi gəliri digər yarımmüdafiəçilərin alınmasına yatırmağı planlaşdırdığı vurğulanır. Fransız futbolçu bu mövsüm səhhətindəki problemlərin geridə qaldığını sübut edə bilər.
Oyunçu 2025-ci ilin avqust ayından bəri ayaq biləyi problemləri səbəbindən 48 gün meydandan kənarda qalıb. Bu mövsüm Kamavinqa bütün yarışlarda 15 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.