"Milan" qış fasiləsində hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportliqa.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Arsenal"da çıxış edən Qabriel Jezusdur. Bu barədə "Calciomercato" məlumat yayıb.
İtaliya klubu braziliyalı forvard üçün London təmsilçisi ilə danışıqlara başlayacaq. 28 yaşlı futbolçu özü də dünya çempionatı öncəsi daha çox forma şansı qazana biləcəyi komandaya keçmək istəyir.
Qeyd edək ki, zədədən yeni qayıdan Qabriel Jezus bu mövsüm "Arsenal"ın heyətində 2 oyunda meydana çıxıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az