PSJ-nin baş məşqçisi Luis Enrike FIFA-nın 2025-ci il üçün "İlin məşqçisi" mükafatına layiq görülüb.
Sportliqa.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə yanaşı, mükafata namizədlər arasında Hans-Dieter Flik ("Barselona"), Enzo Mareska ("Çelsi"), Mikel Arteta ("Arsenal"), Arne Slot ("Liverpul"), Roberto Martines (Portuqaliya millisi) və Xavyer Aqirre (Meksika millisi) də olub.
Qeyd edək ki, ötən mövsüm Enrikenin rəhbərliyi altında PSJ Çempionlar Liqasını, Fransa çempionatını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az