Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" – "Qarabağ" oyununun təyinatları açıqlanıb.
Sportliqa.az xəbər verir ki, qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.
Qarşılaşmada VAR-a Tural Qurbanov baxacaq. AVAR-da isə Asiman Əzizli olacaq.
Misli Premyer Liqası
I tur (təxirə salınmış oyun)
18 dekabr (cümə axşamı)
19:30. "Sabah" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena"
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.