"Navariya"nın hücumçusu Harri Keyn "Kicker" jurnalının təsis etdiyi "İlin şəxsiyyəti" mükafatını qazanıb.
Sportliqa.az xəbər verir ki, bu mükafatla Almaniya futbolunun ən görkəmli simaları təltif edilir. Mükafat 1990-cı ildən təqdim olunur və əvvəllər "İlin adamı" adlanırdı.
Keyn Münhen klubuna 2023-cü ilin yayında "Tottenhem"dən keçib. Bu mövsüm o, Almaniya Bundesliqasında 14 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
Çempionlar Liqasında Keyn 6 oyun keçirib və 5 qol vurub. Onun həmçinin Almaniya Kubokunda 5, Almaniya Superkubokunda isə bir qolu var. Keynin klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.