"Barselona"nın müdafiəçisi Andreas Kristensen sıradan çıxıb.
Sportliqa.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Danimarkalı futbolçu komandanın məşqi zamanı dizindən zədələnib. 29 yaşlı mərkəz müdafiəçisinin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, Andreas Kristensen bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az