PSJ komandanın baş məşqçisi Luis Enrikeyə ömürlük müqavilə təklif etmək imkanını nəzərdən keçirir.
Sportliqa.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa klubunun rəhbərliyi ispaniyalı mütəxəssisi Paris layihəsi üçün ideal baş məşqçi hesab edir. Tərəflər arasında hələlik danışıqlar aparılmır. Lakin müzakirələrin yaxın vaxtlarda başlaması gözlənilir.
Qeyd edək ki, PSJ Luis Enrikenin rəhbərliyi altında 2025-ci il ərzində 6 titul qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az