Hindistanın Nyu-Delhi şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan yığması uğurla çıxış edib.
Sportliqa.az xəbər verir ki, zorxana üzrə komanda yarışlarında millimiz 3-cü yerə çıxıb.
Fərdi mübarizədə isə Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıblar.
Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər.
Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az