"Real" sabiq futbolçusunu geri qaytarmaq qərarına gəlib.
Sportliqa.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Madrid təmsilçisi hazırda İtaliyanın "Komo" klubunda uğurlu çıxışı ilə diqqət çəkən Niko Pası geri qaytarmaq qərarına gəlib. Məlumata görə, klub futbolçunu əsas komandaya cəlb etmək üçün transfer etməkdə qərarlıdır.
Razılaşmaya əsasən, "kral klubu" 2025, 2026 və 2027-ci illərdə hücumameyilli yarımmüdafiəçini 9 milyon avro qarşılığında geri almaq hüququna malikdir.
Qeyd edək ki, Niko Pas 2025/2026 mövsümündə 16 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Niko Pas 2023/2024 mövsümündə “Real”da çıxış edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az