İngiltərənin "Aston Villa" komandası 1914-cü ildən bəri ilk dəfə ardıcıl 11 oyunda qələbə qazanaraq klub rekordunu təkrarlayıb.
Sportliqa.az xəbər verir ki, Birmingem təmsilçisi bu uğura ötən gün Premyer Liqanın XVIII turunda səfərdə "Çelsi"yə qalib (2:1) gəlməklə imza atıb.
Kollektiv sonuncu dəfə 111 il əvvəl ardıcıl 11 qələbəni sıralayıb.
Baş məşqçi Unay Emerinin rəhbərlik etdiyi kollektiv ölkə çempionatında səkkiz, Avropa Liqasında isə üç qələbə qazanıb.
Qeyd edək ki, "Aston Villa" Premyer Liqanın turnir cədvəlində 39 xalla üçüncü yerdədir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.