"Barselona"nın müdafiəçisi Ronald Arauxo bu gün komanda ilə birlikdə məşqlərə qayıdıb.
Sportliqa.az xəəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.
26 yaşlı mərkəz müdafiəçisi dekabrın əvvəlində psixoloji bərpa üçün fasilə almaq xahişi ilə klub rəhbərliyinə müraciət etmişdi. Kataloniya təmsilçisi uruqvaylı futbolçunun istəyini anlayışla qarşılamışdı.
Arauxonun komandanın açıq məşqi zamanı azarkeşlərin qarşısına çıxaraq, göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcəyi gözlənilir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az