Fransa millisinin sabiq üzvü Qael Klişi "Kann" klubunun baş məşqçisi postuna gətirilib.
Sportliqa.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Qael Klişi futbolçu karyerası ərzində "Arsenal" və "Mançester Siti" kimi tanınmış klublarda çıxış edib. O, Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında baş məşqçi Tyerri Anrinin köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Kann" klubunun əsas səhmdarı Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappedir. Komanda hazırda Fransanın üçüncü liqasında mübarizə aparır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az