Azərbaycan millisində Tarakanov dövrü başa çatdı
Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında sona çatıb.
Sportliqa.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.