PSJ-nin baş məşqçisi Luis Enrike klubunu dəyişə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı "Bild" yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis Fransa klubunun ona təklif etdiyi yeni müqaviləni rədd edib. Enrike komandadan ayrılmaq istəyir.
İspan məşqçinin hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından bəri PSJ-yə rəhbərlik edir. Məşqçi Paris klubu ilə iki Fransa çempionluğu, iki Fransa Kuboku, bir Fransa Superkuboku, bir UEFA Superkuboku, bir FİFA Qitələrarası Kuboku və UEFA Çempionlar Liqasını qazanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.