"Latsio"nun futbolçusu Matteo Qenduzinin "Fənərbaxça"ya transferi tamamlanmaq üzrədir.
Sportliqa.az xəbər verir ki, fransalı yarımmüdafiəçi A Seriyasının 19-cu turunun "Fiorentina" ilə oyunundan sonra azarkeşlərlə vidalaşıb. Baş məşqçi Mauritsio Sarrı də ayrılığı təsdiqləyib.
Qenduzi bu gün İstanbulda olacaq. "Fənərbaxça" 26 yaşlı oyunçu üçün İtaliya klubuna bonuslarla birlikdə 29 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Matteo Qenduzi bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az