Yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının brifinqi təşkil olunacaq.
Sportliqa.az xəbər verir ki, yanvarın 12-də saat 11:00-da başlanacaq məşqdən 15 dəqiqə əvvəl U-21-in baş məşqçisi Rəşad Eyubov media nümayəndələrinin suallarını cavablandıracaq.
Tədbir Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az