Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu hazırlıqlarını Polşada davam etdirir.
Sportliqa.az xəbər verir ki, Avrokubokda debüt edəcək Şuşa təmsilçisi oktyabrın 11-nə kimi burada təlim-məşq toplanışı keçəcək və yerli komandalarla bir neçə yoxlama oyununda gücünü yoxlayacaq. “Xarı Bülbül Şuşa” klubu beynəlxalq arenada ilk qarşılaşmasına oktyabrın 25-də çıxacaq.
Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Spartak" (Miyava) klubu ilə görüş Bakıda GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Matç saat 18:00-da başlayacaq.
Klublar arasında razılığa əsasən, Miyava təmsilçisi “Xarı bülbül”lə cavab oyununa da Bakıda çıxacaq. Slovakların nominal ev sahibi olacaq görüş oktyabrın 26-da, saat 18:00-da start götürəcək.