Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun məşqçilər korpusunda yeni təyinat olub.
Sportliqa.az xəbər verir ki, komanda argentinalı İqnasio Aqustin İbarra ilə anlaşıb.
Mütəxəssislə birillik müqavilə imzalanıb. O baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Circulo La-Plata” klubunda çalışıb. "Gəncə" daha əvvəl belaruslu məşqçi Vladimir Moysieviçi də heyətinə qatıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az