Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-21 millisi bu gün yoxlama matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, komanda Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə qarşılaşıb.
Matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın yeganə qolunu 73-cü dəqiqədə Oruc Məmmədov vurub.
Qeyd edək ki, yığmamız ötən gün 1-ci liqa təmsilçisi "Səbail"lə yoxlama oyunu keçirib və 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə bunadək "Sabah"a 0:2 hesabı ilə uduzub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az