Qar voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan kuboku keçiriləcək.
Bu barədə Sportliqa.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Yarış yanvarın 24–25-də Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.
Turnirdə qadınlar arasında 5 (“Gəncə”, “Azərreyl”, “Milli”, “Milli-2”, “Qaraqaya”), kişilərdə isə 4 komanda (“Gənclər”, “Qaraqaya”, “Baku Fires”, “Azərreyl”) iştirak edəcək. Oyunlar dairəvi sistem üzrə keçiriləcək.
Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.