Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı kluybun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, qarşılaşma üçün indiyə qədər 26500 bilet satılıb.
Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə etmək mümkündür.
Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.