“Karvan-Yevlax” Füzuli Məmmədovun təyinatını rəsmən açıqlayıb
23 Yanvar 2026 14:20
“Karvan-Yevlax” klubu Füzuli Məmmədovun baş məşqçi postuna təyinatını açıqlayıb.
Bu barədə Sportliqa.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərən Fizuli Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.
Onun köməkçiləri ilə də anlaşma əldə olunub.
“Karvan-Yevlax” hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu – 12-ci pillədə yer alıb.