Türkiyənin "Fənərbaxça" klubu Migel Krespo ilə bağlı qərar verib.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "TRT Spor" məlumat yayıb.
27 yaşlı orta xətt oyunçusunun 2024-cü ilin yayında bitməli olan sözləşməsi 2025-ci ilin sonuna kimi uzadılacaq. Futbolçunun maaşı da artırılacaq.
Qeyd edək ki, "Fənərbaxça" Migel Kresponu 2021-ci ilin yayında "Eştoril"dən transfer edəb. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 65 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.