
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.
Sportliqa.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağına Niderland təmsilçisi “Donar” önündə çıxıb. “Sabah” rəqibi üzərində 75:72 hesablı qələbə qazanıb.
Azərbaycan təmsilçisi ikinci oyununu oktyabrın 3-də yerli “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması