"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VIII turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Sportliqa.az xəbər verir ki, İngiltərə çempionu oyuna ciddi itkilərlə çıxacaq. 5 futbolçu komandaya kömək edə bilməyəcək.
Co Qomes, Konor Bredli, Covanni Leoni və Aleksander İsak zədəlidir. İbrahim Konateyə isə atası vəfat etdiyi üçün icazə verilib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.