Arne Slot: "Rəqibə hörmətlə yanaşırdıq"
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda "Liverpul" evdə "Qarabağ"a qalib gəlib – 6:0.
Sportliqa.az xəbər verir ki, oyundan mersisaydlıların baş məşqçisi Arne Slot qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Maraqlı oyuna şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir".
Qeyd edək ki, "Qarabağ" 10 xal toplayaraq Liqa mərhələsini 22-ci sırada başa vurub və pley-offa vəsiqə qazanıb.