Misli və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi olan Ryonosuke Ohori mükafatlandırılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı PFL-in mətbuat xidməti paylaşıb.
"Kəpəz" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XVIII turunun "Kəpəz" – "Şamaxı" görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib