Sabah Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı başlayacaq.
Sportliqa.az xəbər verir ki, yarış fevralın 7-dək davam edəcək. Fevralın 8-də qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi keçiriləcək.
9-13 fevralda isə eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı baş tutacaq. Görüşlər hər gün 10:00-da başlayacaq. Açılış mərasimi sabah 14:00-a təyin edilib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az