"Kristal Pelas"In heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Jan-Filipp Mateta sıradan çıxıb.
Fransa millisinin üzvünün ayağında zədə aşkarlanıb. 28 yaşlı forvard əməliyyat olunacaq. O, təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Jan-Filipp Mateta bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az