"Olimpiakos"un hücumçusu Roman Yaremçuk karyerasını Fransada davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, "Lion" ukraynalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yaremçuk yaya qədər Liqa 1 təmsilçisinin formasını geyinəcək. "Lion" 5 milyon avro ödəməklə 30 yaşlı forvardın transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Roman Yaremçuk bu mövsüm "Olimpiakos"un heyətində keçirdiyi 16 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az