"Ayaks" heyətinə yeni futbolçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, Amsterdam təmsilçisi "Veles Sarsfild"dən Maer Karrisonu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Ayaks" Argentina U-20 millisinin üzvü üçün onun klubuna 5,9 milyon avro təzminat ödəyib. 19 yaşlı vingerlə 4,5 illik müqavilə imzlanıb.
Qeyd edək ki, Maer karriso "Veles Sarsfild"in yetirməsidir. Gənc oyunçu 2024-cü ildən əsas komandada çıxış etməyə başlayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az